DÜNYA

Hindistanda “qara kif”ə yoluxanların sayı 40 mini keçdi

[ad_1]

Hindistanda 40 mindən çox insan mukormikoza (“qara kif”) yoluxub.

Bu barədə “RİA Novosti” Hindistanın səhiyyə naziri Harş Vardhana istinadən xəbər verib.

Onun sözlərinə görə, ölkədə ümumilikdə 40 845 belə hal qeydə alınıb, 31 344 xəstədə xəstəlik buruna, paranazal sinuslara (burun ətrafındakı sümüklərin içərisində olan hava boşluqları) və beynin bir hissəsinə təsir edib.

Bundan başqa mukormikozdan 3 129 ölüm qeydə alınıb.

O da vurğulanır ki, “qara kif”ə yoluxanların 64 faizi şəkərli diabet xəstələri, 53 faizi isə steroid qəbul edənlərdir.

Qeyd edək ki, “qara kif” immuniteti zəif olanlara təsir edir. Mütəxəssislər COVID-19 xəstələrində steroid istifadəsinin bu xəstəliyin yayılmasına səbəb olduğunu bildirirlər. Həkimlər bu xəstəliyin inkişafının qarşısını almaq üçün xəstələrin 60 faizinin bir və ya iki gözünü çıxarmalı olub.

[ad_2]

Source link