SİYASƏT

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

[ad_1]

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclas iyulun 2-də keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxildir.

Həmin məsələləri təqdim edirik:

1. “Əmək pensiyaları haqqında” qanuna  dəyişiklik layihəsi (üçüncü oxunuş).

2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

3. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik layihəsi (ikinci oxunuş).

6. “Mediasiya haqqında” qanunda dəyişiklik layihəsi (ikinci oxunuş).

7. “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş).

9. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

10. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş).

[ad_2]

Source link