İDMAN

“Qarabağ”ın futbolçusu: “İsrail klubları zəif olmur”

[ad_1]

“Hazırlıqlarımız yaxşı keçir. Toplanışın ilk günlərində fiziki məşqlərə üstünlük verilir. Məşqlərdə istəkli və həvəsliyik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Abbas Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib.

26 yaşlı sağ cinah müdafiəçisi Ağdam təmsilçisində yüksək motivasiya olduğunu bildirib:

“Keşlə” ilə yoxlama görüşümüz yaxşı keçdi. Yoxlama matçı olsa da, meydana motivasiyalı çıxmışdıq. Düzdür, çatışmayan cəhətlərimiz var idi. Bunu da təlim-məşq toplanışında aradan qaldırmağa çalışacağıq. Üzərimizdə çalışıb, daha yaxşı səviyyəyə qalxmaq istəyirik. Hazırlığa yeni başladığımız üçün komandamız hələ tam formada deyil. Növbəti yoxlama oyunları bizə faydalı olacaq. Ötən mövsüm Premyer Liqada ikinci olduq. Ancaq bu mövsüm hədəfimiz ölkə çempionu olmaqdır. Bunun üçün də çox çalışmalıyıq”.

Hüseynov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə qarşılaşacaqlarını xatırladıb:

“Bilirik ki, İsrail klubları zəif olmur. Rəqibi analiz edirik. Çalışacağıq ki, mərhələ keçən tərəf olaq. Bu mövsüm qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Azərbaycan Kubokunun son qalibi “Keşlə”ni üç gün əvvəl 7:0 hesabı ilə darmadağın edib.

[ad_2]

Source link