CƏMİYYƏT

“Bakı Metropoliteni” ötən ili zərərlə başa vurub

[ad_1]

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83 543 000 manat zərərlə başa vurub.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin 2020-ci il tarixinə olan maliyyə hesabatında qeyd olunub.

Bu göstərici 2019-cu illə müqayisədə 51,7 % çoxdur.

Yekunda qurumun yığılmış zərəri 565 240 000 manata çatıb.

2020-ci il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21 623 000 manat, dövlət büdcəsindən aldığı dotasiya 67 679 000 manat, sair əməliyyat gəlirləri 3 534 000 manat olub.

Eyni zamanda qurumun istifadə etdiyi material ehtiyatlarının dəyəri 4 928 000 manat, istifadə etdiyi neft məhsullarının dəyəri 680 000 manat, istifadə edilən elektrik enerjisinin dəyəri 6 628 000 manat, istifadə edilən qazın dəyəri 168 000 manat, istifadə edilən suyun dəyəri 4 156 000 manat, işçi heyəti üzrə xərclər 44 660 000 manat, torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərclər 103 413 000 manat, qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 000 manat, tikinti və avadanlıqlarının qalıq dəyəri 666 000 manat, digər xərcləri 7 532 000 manat, sair əməliyyat xərcləri isə 3 370 000 manat olub.

Cari ilin il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 513 283 608 manat olub. Hesabat dövründə qurumun öhdəlikləri artaraq 58 916 975 manata çatıb. Balans kapitalı isə artaraq 2 454 366 623 manat olub.

[ad_2]

Source link