CƏMİYYƏT

Bakıda sürücü idarəetməni itirərək işıq dirəyinə çırpıldı – FOTO

[ad_1]

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, 90-PY-491 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü, Abdullazadə Orxan idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

[ad_2]

Source link