İDMAN

AVRO-2020-də ilk finalçı müəyyənləşir: İtaliya və İspaniya qarşı-qarşıya

[ad_1]

Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirin əsas favoritlərindən olan İtaliya İspaniya ilə qarşılaşır.

Komandalar indiyədək 37 dəfə qarşılaşıb. Hər komanda 11 dəfə qələbə qazanıb, 15 dəfə isə heç-heçə qeydə alınıb.

Komandalar indiyədək Avropa çempionatlarında altı dəfə qarşılaşıb. Bunlardan 2-də İtaliya, 1-də İspaniya qalib gəlib, 3 matçda heç-heçə olub. İspaniyanın əsas vaxt hesabında qalib gəldiyi yeganə qarşılaşma 2012-ci ildə baş verib. Onda İspaniya qrupdakı ilk oyununda 1:1 oynadığı rəqibinə Kiyevdəki finalda 4:0 qalib gəlib və bununla da turnirin həlledici görüşlərində ən böyük hesablı qələbəyə imza atıb.

Bu iki komanda sonuncu dəfə 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində qarşılaşıb. İspaniya 3:0 qalib gəlib.

İtaliya millisində müdafiəçi Leonardo Spinatsola dabanında, İspaniya yığmasında yarımmüdafiəçi Pablo Sarabia bud nahiyəsindəki zədəyə görə oynaya bilməyəcək.

AVRO-2020

1/2 final

23:00 İtaliya – İspaniya

Baş hakim: Feliks Brıx (Almaniya)

London. “Uembli” stadionu

Səbuhi Musayev

 

[ad_2]

Source link