DÜNYA

Avropa İttifaqının komissarı Bakıya səfərə gəlir

[ad_1]

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhey 6-9 iyul tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bu barədə “Eureporter” nəşri məlumat yayıb.

O.Varhey Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslərlə danışıqlar aparacaq.

Avropa Komissarı bölgə üçün iqtisadi və investisiya planı təşəbbüslərini təqdim edəcəkdir.

O, bölgədəki üç ölkənin hər biri ilə ikitərəfli münasibətlərdəki əsas məqamları müzakirə edəcək.

[ad_2]

Source link