CƏMİYYƏT

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq – Tarix açıqlandı

[ad_1]

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, Qarabağa böyük qayıdışın tərkibində ekologiya, ətraf mühit əhəmiyyətli yer tutur:

“Nazirlik üçün ərazilərdə böyük layihələrdən birini həyata keçirməyi planlaşdırırıq. Həmin ərazilərdə 1 milyon ədəd ağac əkiləcək. Türkiyə təmənnasız olaraq ölkəmizə tinlər verəcək”.

O, qeyd edib ki, Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik təsərüfatı salınacaq:

“Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50 yaxın insanın qalması üçün şərait də yaradılacaq. Ərazilər minalardan təmizləndikcə proses davam etdirilir. Payız əkin mövsündə Türkiyə ilə birgə Dostluq Parkı salınacaq”.

Nazir müavini əlavə edib ki, artıq Türkiyədən 10 min ağac tingi gətirilib və Ağcabədidə saxlanılır.

İlhamə Əbülfət

[ad_2]

Source link