İDMAN

Millimizin məşqçisi italyanlara danışdı: “Azərbaycan müsəlman ölkəsidir, Ramazan ayında oruc tuturlar”

[ad_1]

“Bizim gördüyümüz iş italyanlarınkından fərqlənən azərbaycanlıların mədəniyyətini təhrif etmədən məşqçi zehniyyətini burda tətbiq etməkdir. Ən böyük problem məhz bundan ibarətdir. Burada futbol ehtirası, iqtisadi imkanlar, düşüncələr, hətta böyümək arzusu var. Amma burda futbol fərqlidir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Alessandro Skaya deyib.

Baş məşqçi Canni De Byazinin komandasında fitnes məşqçisi kimi fəaliyyət göstərən italiyalı mütəxəssis calciofere.it saytına verdiyi açıqlamasında Bakıda gördükləri işlər barədə danışıb.

Skaya Ramazan ayında işinin daha da çətin olduğunu söyləyib: “Azərbaycan müsəlman ölkəsidir, Ramazan ayında oruc tuturlar. Düzdür, futbolçuları bu baxımından öz klubları mütəmadi diqqətdə saxlayır. Amma biz də bəzi vəziyyətlərə diqqət yetirməliyik. Məsələn, futbolçular gün batana qədər su içmədikləri üçün həyat riski yaşayır”.

O, ünsiyyət probleminə də toxunub: “Dil problemi azdır. İngilis dilində ünsiyyət qururuq. Düzdür, çoxu bu dili bilmir. Ancaq buna görə tərcüməçimiz var”.

Səbuhi Musayev

 

[ad_2]

Source link