MƏDƏNİYYƏT

Ölkəyə 1,5 milyard qazandıran mahnıya görə K-pop məktəb dərsliklərinə salındı – FOTO/VİDEO

[ad_1]

Cənubi Koreya məktəblərində K-pop məktəb proqramlarına daxil edilməyə başlanıb.

Bu barədə ABC News xəbər verir.

Bildirilir ki, milli pop musiqisində ixtisaslaşmaq üçün məktəblərdən biri özünün dərs proqramını hazırlayıb.

Bunun üçün təhsil müəssisəsi bölgə hökumətindən 10 milyon dollardan çox sərmayə alıb. Bir sıra başqa ümumtəhsil məktəblərində isə K-pop həm ibtidai, həm də orta siniflərdə akademik mövzuya çevrilib.

Qeyd edək ki, K-pop sənayesinin inkişafına maraq Cənubi Koreyanın BTS qrupunun  uğurlarından qaynaqlanır. Qrupun “Dynamite” mahnısı uzun müddət “Billboard Hot 100” siyahısında ilk yerlərində olub.

Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi yayımladığı analitik hesabata əsasən  “Dynamite” ölkəyə 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib.

Yeri gəlmişkən BTS may ayında təqdim etdikləri “Butter” musiqsinin klipi ilə bir neçə yeni rekorda imza atıb. Belə ki, təqdimat zamanı klipi bütün dünyada eyni anda 4 000 000 adam izləyib, paylaşıldığı ilk 24 saatda 108 milyon baxışla ən çox baxılan klip olub. Hazırda klipə 421 milyondan çox insan baxıb.

[ad_2]

Source link