CƏMİYYƏT

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? – FOTO

[ad_1]

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Bu barədə Oxu.Az-a ANAMA-dan məlumat verilib.

Məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1 087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 633 044 kvadratmetr (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Eyni zamanda sözügedən ərazilərdə 10.11.2020-ci il tarixindən 03.07.2021-ci il tarixinə qədər aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 8 509, tank əleyhinə 3 959 mina və 9 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə isə ümumilikdə 33 264 075 kvadratmetr (3 326 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

[ad_2]

Source link