DÜNYA

Əfsanəvi bakılı rejissor son mənzilə alqışlarla yola salındı – VİDEO

[ad_1]

Əfsanəvi bakılı rejissor Vladimir Menşov son mənzilə gurultulu alqışlarla yola salınıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Kadrlardan görünür ki, kinematoqrafçının tabutu binadan çıxarılarkən pərəstişkarları onu uzun müddət alqışlayırlar.

Xatırladaq ki, Vladimir Menşov iyulun 5-də koronavirusdan vəfat edib. Onun xanımı hazırda reanimasiyada yatır.

Bakıda dünyaya göz açan Vladimir Menşov Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı idi. Məşhur rejissor həmçinin “Moskva göz yaşlarına inanmır” filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülmüşdü.

Məşhur rejissor Novodeviçy qəbiristanlığında dəfn ediləcək.

[ad_2]

Source link