İDMAN

AVRO-2020-nin ikinci finalçısı İngiltərə oldu – VİDEO + YENİLƏNİB

[ad_1]

Matç İngiltərə millisinin Danimarka üzərində 2:1 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, İngiltərə millisi ilk dəfə Avropa çempionatının finalında oynayacaq. İngiltərə yığmasının rəqibi iyulun 11-də İtaliya millisi olacaq.

01:14

Rahim Sterlinqə qarşı edilən hərəkətə görə penalti təyin edildi. 104-cü dəqiqədə Hari Keynin penalti zərbəsini Kasper Şmeyxel dəf etsə də, təkrar zərbə qol oldu. Bununla Keyn turnirdə dördüncü qolunu vurdu və AVRO-2020-nin bombardiri olmaq şansı əldə etdi. Hesabda isə İngiltərə 2:1 qalib gəlir və finala çıxmağa yaxındır.

01:09

90 dəqiqə ərzində hesab 1:1 başa çatdığından, komandalar əlavə 30 dəqiqəyə ehtiyac duyub.

00:03

Matçda ikinci hissə başladı. İlk hissədən sonra hesab 1:1-dir.

23:40

İngiltərə danimarkalıların sevincinin çox çəkməsinə imkan vermədi. Bukayo Sakanın ötürməsindən sonra 39-cu dəqiqədə hesab bərabərləşdi. Qol Simon Kyerin ayağına avtoqol kimi yazıldı.

23:32

Matçda hesab açıldı. Mikel Damsqor 30-cu dəqiqədə cərimə zərbəsindən hesabı açdı. Bu, AVRO-2020-də cərimə zərbəsindən vurulan ilk qol və İngiltərə millisinin buraxdığı ilk topdur. Danimarka millisi 1966-cı ilin dünya çempionlarına Londonda 1:0 qalib gəlir.

23:01

İngiltərə – Danimarka matçı başlandı.

22:12

Bu gün AVRO-2020-nin ikinci finalçısının adına aydınlıq gələcək.

Oxu.Az xəbər verir ki, meydan sahibi olan İngiltərə heç vaxt qalib ola bilmədiyi Avropa çempionatının finalına çıxmaq üçün 1992-ci ilin qitə çempionları Danimarka ilə qarşılaşır.

Komandaların start heyətləri belədir:

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Uolker, Rays, Filips, Sterlinq, Maunt, Saka, Keyn (kapitan)

Danimarka (3-4-3): Şmeyxel, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqer, Damsqor, Breytveyt, Dolberq

Qeyd edək ki, qalib komanda iyulun 11-də Londonda İtaliya millisi ilə final görüşünə çıxacaq. Uduzan tərəf isə İspaniya yığması kimi avtomatik bürünc medallara yiyələnəcək.

09:28

Bu gün AVRO-2020-də turnirdə ikinci finalçının adı məlum olacaq. 

Oxu.Az xəbər verir ki, ikinci yarımfinal görüşündə İngiltərə və Danimarka kollektivi üz-üzə gələcək.

Komandalar indiyədək 14 dəfə qarşılaşıb. İngiltərə bu oyundan 7-də, Danimarka 4-də qələbə qazanıb. 3 oyun isə heç-heçə başa çatıb.

Sonuncu dəfə komandalar Millətlər Liqasında üz-üzə gəlib. Bu oyunda Danimarka minimal hesablı qələbəyə sevinib. Həmin qarşılaşmada yeganə qolu AVRO-2020-nin qrup mərhələsinin ilk oyununda Finlandiyaya qarşı oyunda ciddi zədə almış Kristian Eriksen vurub. 

AVRO-2020-nin 1/4 final qarşılaşmasında İngiltərə Ukrayna üzərində inamlı qələbə qazanıb – 4:0. Danimarka isə Çexiyadan üstün olub – 2:1.

AVRO-2020

1/2 final

23:00 İngiltərə – Danimarka 
Baş hakim: Dani Makkeli (Niderland)
London. “Uembli” stadionu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

[ad_2]

Source link