İDMAN

Azərbaycan klubu “Barselona”nın sabiq futbolçusunun transferini rəsmən açıqladı – FOTO/VİDEO

[ad_1]

Azərbaycanın “Sabah” futbol klubu yeni transferini rəsmən açıqlayıb.

Oxu.Az xəbər verir ki, ispaniyalı vinger Xuan Kamara bundan sonra bu komandanın uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu Polşanın “Yaqeloniya” klubundan bir illik icarəyə götürülüb.

Kamara karyerası ərzində İspaniyanın “Vilyareal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Myeç” (2018/2019), “Yaqeloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya” (2021) klublarında çıxış edib. Xuan beş oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

Yeni transferi “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

 

[ad_2]

Source link