CƏMİYYƏT

Fərdi şəkildə heyvan kəsib satan şəxslərin NƏZƏRİNƏ

[ad_1]

“Qida Təhlükəsizliyi Agentliyi fərdi yaşayış sahələrində heyvan kəsimi və satışı ilə məşğul olan şəxslərlə bağlı yoxlamalar həyata keçirir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev danışıb.

O bildirib ki, əgər söhbət qanunsuz fəaliyyətdən gedirsə, xüsusilə də əgər bu, satış məqsədi ilə həyata keçirilirsə, qida zəncirinə daxil olmağa qanunsuz cəhd hesab edilir:

“Bu, heyvan kəsimi ilə bağlı qanunvericiliyin tələblərinin çox ciddi şəkildə pozulmasıdır. Vətəndaşlar bu cür hallar müşahidə edirlərsə 1003 qaynar xəttinə müraciət edə bilərlər. Bununla bağlı dərhal tədbirlər həyata keçiriləcək”.

Mansur Piriyev qeyd edib ki, ümumiyyətlə heyvan sağlamlığının təmin olunması ən vacib şərtlərdən biridir, çünki Azərbaycan xalqının gündəlik qida rasionunda üstünlük təşkil edir.

“Heyvan mənşəli məhsullar xüsusi risk qrupuna daxil olan məhsullar arasındadır. Buna görə də AQTA üçün xüsusi fəaliyyət istiqamətlərindən biridir”.

Nigar Məmmədova

[ad_2]

Source link