DÜNYA

Lavrov Rusiyanın Əfqanıstana ordu yeritmək ehtimalından danışdı

[ad_1]

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiya ordusunun Əfqanıstana daxil olma ehtimalı ilə bağlı sualı şərh edib.

“RİA Novosti” xəbər verir ki, S.Lavrov bu barədə Uzaq Şərq Federal Universitetində çıxışı zamanı açıqlama verib.

“Əfqanıstana ordu yeridəcəyikmi? Mən hesab edirəm ki, bunun cavabı aydındır”, – S.Lavrov bildirib.

Rusiya XİN rəhbəri həmçinin əlavə edib ki, Əfqanıstanda olan yaraqlılar KTMT-nin üzvü olan Tacikistana hücum edərsə, təşkilat dərhal rəsmi Düşənbəyə kömək imkanlarını nəzərdən keçirəcək.

[ad_2]

Source link