İDMAN

Mahir Emreli: “Rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm”

[ad_1]

“Legiya”nın heyətində ilk rəsmi oyununda uğurlu çıxış edən Mahir Emreli oyun barədə təəssüratlarını bölüşüb.

Bu barədə “Legiya”nın rəsmi saytında məlumat dərc olunub.

“Çox sevincliyəm. Yoxlama oyunlarında fərqlənmişdim, ancaq rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm. Bu oyun barədə unudub, yenidən bizim stadionda qarşılaşmağa hazır olmaq lazımdır. Varşavada sizə ən yaxşı oyunu göstərməyə ümid edirik.

Cavab qarşılaşmasında atmosfer və şərtlər tamamilə fərqli olacaq. Çətin oyun olacaq, yaxşı hazırlaşmalı və var gücümüzlə çalışmalıyıq”, – deyə M.Emreli bildirib.

Xatırladaq ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Budö/Qlimt”ə qarşı birinci oyunda yeni komandası ilə ilk rəsmi oyununa çıxıb. Forvard Norveçdəki oyuna start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

[ad_2]

Source link