İQTİSADİYYAT

Nazirliyin əməkdaşları donorluq aksiyasında qan veriblər – FOTO

[ad_1]

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə İqtisadiyyat Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, qurumun əməkdaşları donorluq aksiyasında qan veriblər.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyasına iyunun 14-də start verilib və üç həftəyə yaxın davam edib.

[ad_2]

Source link