SİYASƏT

Prezident Qarabağın statusu məsələsinə nöqtə qoydu – VİDEO

[ad_1]

44 günlük Vətən müharibəsi bitəndən dərhal sonra işğaldan azad olunan ərazilərimizin bərpası, gələcək inkişafının təmin edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində müvafiq tədbirlər görülməyə başlandı. Bu tədbirlər çərçivəsində ölkə üzrə iqtisadi rayonların bölgüsünə də yenidən baxılması zərurəti yarandı. Prezident İlham Əliyevin ötən gün iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edildi. 

Beləliklə, Xankəndi, Xocalı və Xocavənddə məskunlaşan ermənilər öz yaşayışlarını Azərbaycan Konstitusiyasına uyğun təmin edəcəklər. 

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması həmin ərazilərin iqtisadi potensialından istifadə edilməsi və genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Əminliklə söyləmək olar ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində sözügedən ərazilərdə də iqtisadi idarəetmədə çeviklik təmin ediləcək. 

Nəticə etibarilə, ölkəmizdə iqtisadi rayonların yeni bölgüsü xüsusilə Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək.

[ad_2]

Source link