CƏMİYYƏT

Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı

[ad_1]

Bakıda “BMW” ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

“Report” xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində avtoxuliqanlıq edən 90-SX-113 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək, sürücü barəsində maddi cərimə tətbiq edib.

[ad_2]

Source link