İDMAN

UEFA Şmeyxelə görə ingiltərəli azarkeşləri cəzalandıracaq

[ad_1]

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) AVRO-2020-də İngiltərə və Danimarka (2:1) yığmaları arasında keçirilmiş yarımfinal oyunu ilə əlaqədar intizam işi açıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Futbol qurumu “Uembli” stadionuna toplaşmış azarkeşlərin Hari Keynin penalti epizodu zamanı danimarkalı qapıçı Kasper Şmeyxelin üzünə lazer işığı salmasını və Danimarkanın dövlət himni səsləndirilərkən pirotexnik vasitələrdən istifadəni araşdıracaq.

Qeyd edək ki, AVRO-2020-nin final oyununda İtaliya ilə İngiltərə yığmaları üz-üzə gələcək.

Final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

[ad_2]

Source link