SİYASƏT

Zəngilanlı məcburi köçkünlərdən alman səfirə Oxçuçayla bağlı TƏLƏB

[ad_1]

Zəngilan rayonundan olan məcburi köçkünlər Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir:

“Hörmətli cənab səfir.

Biz, Zəngilan rayonundan məcburi köçkünlər sizə doğma yurd yerimizdə Ermənistanın işğalı zamanı törədilən ekoloji terrorla əlaqədar olaraq müraciət edirik. 30 ilə yaxın müddətdə biz Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmışıq. Bir an belə doğma yurd-yuvamıza qayıdacağımıza inamımızı itirməmişik. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu işğal altında saxlanılan ərazilərimizi, eləcə də bizim məcburi köçkün düşdüyümüz Zəngilan rayonunun işğaldan azad etdi. 

Qazandığımız qələbə böyükdən-kiçiyə hər birimizdə böyük ruh yüksəkliyi yaratdı, tezliklə əvvəlki yaşayış yerlərimizə qayıdacağımız günü gözləyirik. Amma Zəngilanın ekoloji terrora məruz qalması bizdə məyusluq yaradır. Oxçuçayı zəngilanlılar həm suvarma, həm də ətrafında istirahət etmək, balıq tutmaq üçün istifadə edib. İndi Ermənistan Respublikasının çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantıları, eyni zamanda həmin şəhərlərin məişət-çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərən Almaniyanın CRONİMET şirkəti ekostandartlara riayət etmir, nəticədə yalnız Zəngilan rayonu üçün deyil, ətraf regionlar üçün də ekoloji terror təhlükəsi yaranır. 

Yaranmış problem çaydan suvarma məqsədi ilə istifadəni qeyri-mümkün edir. Balıqlar kütləvi şəkildə məhv olur. Biz – 30 ilə yaxın bir müddətdə yurd həsrəti ilə yaşayan zəngilanlılar ata-baba torpaqlarımızda törədilən bu terrorun dayandırılmasını tələb edirik. Ekoloji standartlar ölkəsi olan Almaniyanı digər ölkələr üçün təhlükəli olan CRONİMET şirkətinə qarşı təcili tədbir görməsinə çağırırıq. 

Biz, bu müraciəti imzalayan zəngilanlılar CRONİMET şirkətinin fəaliyyətinin təcili dayandırılmasını tələb edirik. Əks halda ekoloji terror törədən təşkilat və Almaniya ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcəyik.

1. Yaqubov Elçin Süleyman oğlu
2. İbayeva Əsmər Əmir qızı
3. Paşayev Amid Rəhman oğlu
4. Yaqubov Əli Süleyman oğlu
5. Quliyev Novruz Hüseyn oğlu
6. Quliyeva Gümüş Cümşüd oğlu
7. Quliyeva Xumar Novruz qızı
8. Aslanov Şakir Cəbrayıl oğlu
9. Həsənov Asəf Səməd oğlu
10. Həziyev Qəhrəman Məmməd oğlu
11. Hüseynova Şəkər Əjdər qızı
12. Həziyev Xəyal Qəhrəman oğlu
13. Həziyev İlqar Qəhrəman oğlu
14. Paşayev Rəhman Fərrux oğlu
15. Mikayılova Validə Yəhya qızı
16. Paşayeva Xəyalə Zakir qızı
17. Yaqubova Səma Sədi qızı
18. Mikayılova Şükufə Yəhya qızı
19. Paşayev Cavid Rəhman oğlu
20. Paşayev Emin Rəhman oğlu
21. Qələndərov Həsən İmran oğlu
22. Hüseynova Səadət Mafura qızı
23. Qələndərov Vüsal Həsən oğlu
24. Məhərrəmov İlham İsmayıl oğlu
25. Ələkbərov Qafar Dadaş oğlu
26. Əbdüləzimova Elnurə Valeh qızı
27. Ələkbərov Anar Qafar oğlu
28. Alıyev Elmir Ramiz oğlu
29. Alıyev Qalib Ramiz oğlu
30. Alıyev İsmayıl Ramiz oğlu
31. Fərəcov Cavad Sərvər oğlu
32. Fərəcov Sərvər Cavad oğlu
33. Bədəlov Tural Ağa oğlu
34. Xankişizadə Vüqar Eldar oğlu
35. Sərxanlı Elvin Abış oğlu
36. Abbasov Hüseyn Rüstəm oğlu
37. Məmmədov Arşin Elşən oğlu
38. Qarayev Namil Rafiq oğlu
39. Qarayev Rafiq Hüseynqulu oğlu
40. Qarayev Amil Rafiq oğlu
41. Abbasov Cavid Səxavət oğlu
42. Səmədov Sənan Adif oğlu
43. Məhərrəmov İlkin Şahməmməd oğlu
44. Məhərrəmov Heydər Şahməmməd oğlu
45. Muradov Elşən Sərdar oğlu
46. Şıxəliyev Ramin Arif oğlu
47. İmanov Ramin Qürbət oğlu
48. Məmmədov Elçin Elşən oğlu
49. Əhmədov Səbuhi Kamal oğlu
50. Əhmədov Elşən Kamal oğlu
51. Şıxəliyev Rahib Arif oğlu
52. Hüseynova Nəcibə Tağı qızı
53. Əsədov Asim Əlağa oğlu
54. Məmmədov Elşən Rəşid oğlu
55. Əhmədli Əmrah Kamal oğlu
56. Quliyev Vüqar Novruz oğlu
57. Səfərov Eynur Əliş oğlu
58. Səfərov Əliş Eynur oğlu
59. Fərəcov Ramazan Camal oğlu
60. Həsənova Səmayə Soltan qızı
61. Fərəcov Vüqar Ramazan oğlu
62. Fərəcov Ağalar Ramazan oğlu
63. Fərəcov Samir Zakir oğlu
64. Fərəcova Vəfa Zakir qızı
65. Fərəzova Gülnar Zakir qızı
66. Fərəcov Musa Ramazan oğlu
67. Cəfərov Elxan Telman oğlu
68. Cəfərov Elşad Telman oğlu
69. Cəfərova Bağdagül Rza qızı
70. Cəfərov Elburus Telman oğlu
71. Əhmədova Arzu Bəşir qızı
72. Kərimov Cəfər Mirzə oğlu
73. Qarayev Səməd Mikayıl oğlu
74. Qarayeva Arzu Hüsaməddin qızı
75. Əzimov Kamal Şərux oğlu
76. Fərəcova Fatı Zakir qızı
77. Əzimov Sadiq Kamal oğlu
78. Əzimov Bəhruz Kamal oğlu
79. Balacayev Şahin Xansuvar oğlu
80. Balacayeva Fazilə Şahin qızı
81. Fərəcov İsmayıl Cavad oğlu
82. Fərəcova Nəzakət Sədi qızı
83. Fərəcov Zakir İsmayıl oğlu
84. Fərəcli Sona İsmayıl qızı
85. Eyvazova Hürzad Azadalı qızı
86. Balacayev Şahlar Xansuvar oğlu
87. Ayvazova Zəminə Azadalı qızı
88. Aslanova Şəbinəm Şakir qızı
89. Bayramova Telizar Müseyib qızı
90. Qurbanova Minarə Şıxəli qızı
91. Süleymanova Nazənin Saleh qızı
92. İmanov İlham Əkbər oğlu
93. İmanova Yeganə Hüseyn qızı
94. İmanova Könül İsrail qızı
95. İmanov İlqar Əkbər oğlu
96. Hüseynov Vaqif Həsən oğlu
97. Hüseynova Qızılgül Allahverdi qızı
98. Həsənov Emin Vaqif oğlu
99. Abbasova Reyhan Rəhim qızı
100. Abbaslı Araz Xudaverdi oğlu”.
 

[ad_2]

Source link