CƏMİYYƏT

Allahşükür Paşazadə: “Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”

[ad_1]

“İşğaldan azad edilən torpaqlara gedəndə neçə illərdir necə bir təbiətə məxsus əraziləri itirdiyimizi anladım. Belə gözəl yerlər, dağlar, çaylar, bağlar 30 il ermənilərin ayaqları altında tapdalanıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

O bildirib ki, işğaldan sonra Ağdamı görəndə tanımadım:

“Düşündüm ki, bura insan ayağı dəyməyib. Bütün Ağdam torpaqları, evləri darmadağın idi. Yalnız məscidin iki minarəsi var ki, içərisində divarlara elə sözlər yazıblar ki, mən dilə gətirə bilmirəm. Məsciddə uzun illər haram heyvanlar saxlanılıb.

Şuşaya getdiyimdə də küçələri dağıtdıqlarını gördüm. Dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır, xalqın oğullarınındır. Dualarını etdiyimiz Qarabağ torpaqları azaddır”.

Allahşükür Paşazadə onu da qeyd edib ki, qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var:

“Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. Dövlət başçımız İlham Əliyev cənablarına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, bundan sonra bizi müharibələrə, əziyyətlərə düçar eləməsin, dünyada sülh yaransın”.

[ad_2]

Source link