İDMAN

Azərbaycanlı veteran futbolçu vəfat etdi

[ad_1]

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov vəfat edib.

“Report”un məlumatına görə, o, 80 yaşında Gəncədə dünyasını dəyişib.

M. Qasımov bu gün dəfn olunacaq.

Qeyd edək ki, Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Onun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

[ad_2]

Source link