DÜNYA

Haiti müvəqqəti prezident fikrindən imtina etdi

[ad_1]

Haiti yeni dövlət başçısı seçilənə qədər müvəqqəti prezident təyinatından imtina edib.

Bu barədə TASS yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Haiti hökuməti prezident Jovenel Moizin öldürülməsindən iki gün əvvəl baş nazir vəzifəsinə təyin etdiyi Ariel Anrinin başçılığı ilə ölkənin yeni hökumətini təsdiqləyib.

Qeyd edək ki, Haitidə prezident və parlament seçkiləri sentyabrın 26-na təyin edilib, ehtiyac olarsa, prezident seçkilərinin ikinci turu 21 noyabrda keçiriləcək.

Xatırladaq ki, Moiz iyulun 7-də yaşadığı evə edilən naməlum hücum nəticəsində öldürülüb. Həmin hücumda ölkənin birinci xanımı Martin Moiz də yaralanmışdı. Bununla əlaqədar Nazirlər Şurası respublikada 15 gün ərzində hərbi vəziyyət tətbiq edib.

[ad_2]

Source link