CƏMİYYƏT

İcazəsiz keçirilən toy mərasiminə cavabdeh olan şəxslər barəsində tədbir görüldü

[ad_1]

Yevlax rayonu ərazisində yerləşən iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata əsasən, yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

[ad_2]

Source link