İDMAN

“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı

[ad_1]

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün “Neftçi” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, rəqib Yunanıstanın “Olimpiakos” klubudur.

Bakı vaxtı ilə 23:00-da başlanacaq qarşılaşma Pirey şəhərinin “Georgios Karaiskakis” stadionunda keçiriləcək. 

Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, “ağ-qaralar” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Gürcüstanın “Dinamo” klubunu hər iki oyunda eyni hesabla məğlub etməyi bacarıb: 2-1.

Bundan başqa, bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin daha altı qarşılaşması baş tutacaq.

Həmin qarşılaşmaları təqdim edirik:

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

18:00. “Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)

21:00. “Malmö” (İsveç) – HİK (Helsinki, Finlandiya)

22:00. “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan)

22:30. “Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)

23:00. PSV (Niderland) – “Qalatasaray” (Türkiyə)

23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)

23:00. “Legiya” (Polşa) – “Flora” (Estoniya)

Xatırladaq ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk altı qarşılaşması dünən keçirilib:

“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) – 0:1

“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) – 1:2

“Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Litva) – 2:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr)  – 2:0

“Rapid” (Vyana, Avstriya) – “Sparta” (Praqa, Çexiya) – 2:1

“Seltik” (Şotlandiya) – “Midtülland” (Danimarka) – 1:1

Samir İsayev

[ad_2]

Source link