İDMAN

“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

[ad_1]

Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, rəqib Serbiyanın “Çukariçki” klubudur. 

Bakı vaxtı ilə 22:00-da başlayacaq qarşılaşma Belqrad şəhərinin “Çukariçki” stadionunda baş tutacaq. 

Oyunun baş hakimi isveçrəli Fedayi Sandır. 

Qeyd edək ki, “Sumqayıt” tarixində ikinci dəfə avrokubok qarşılaşmasına çıxacaq. Təmsilçimiz ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunda 0:2 hesabı ilə uduzmuşdu. Koronavirus pandemiyası səbəbindən mərhələ bir qarşılaşmadan ibarət olmuşdu.

[ad_2]

Source link