DÜNYA

Olimpiada öncəsi Tokioda COVID-ə yoluxma üzrə rekord qeydə alınıb

[ad_1]

Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə iki gün qalmış Tokioda koronavirusa yoluxma üzrə altı aylıq rekord qeydə alınıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirlib ki, iyulun 21-də Yaponiya paytaxtında 1832 yeni yoluxma faktı aşkarlanıb.

Ekspertlərin fikrincə, qarşıdakı günlərdə Tokiodakı epidemioloji vəziyyət daha da pisləşəcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək davam edəcək.

[ad_2]

Source link