CƏMİYYƏT

Qarabağ və Şərqi Zəngəzur regionunda sahibkarlar sahələrini sığortalaya biləcək – QİYMƏTLƏR

[ad_1]

Avqust ayının sonundan etibarən fermerlər taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.

Aqrar Sığorta Fondundan Oxu.Az-a verilən məlumatda, təqribən 11 000 manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta məbləği açıqlanıb.

Bir hektar üçün nəzərdə tutulan sığorta haqları aşağıdakı kimidir:

Qarabağ regionu – 73 manat

Şərqi Zəngəzur regionu – 73 manat

Şəki-Zaqatalada – 120 manat

Lənkəran-Astara region – 49 manat

Qazax-Tovuz ərazisi – 180 manat

Mərkəzi Aran rayonları – 59 manat

Quba-Xaçmaz bölgəsi – 49 manat

Mil-Muğan regionunda – 59 manat

Abşeron-Xızı bölgəsində – 49 manat.

Gəncə-Daşkəsən regionunda – 180 manat

Şirvan-Salyan zonasında – 59 manat

Dağlıq Şirvan bölgəsində – 46 manat

Bakıda – 49 manat.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.

[ad_2]

Source link