İDMAN

Tokio Olimpiadasında meydana gözlənilməz “qonaq” girib – FOTO

[ad_1]

Tokio Olimpiadasında Yaponiya və Avstraliya yığma komandaları arasında softbol oyunu ayının meydana girməsinə görə təxirə düşmək təhlükəsi ilə üzləşib.

Bu barədə AFP xəbər yayıb.

Bildirilir ki, mühafizəçilər ayını yarışın keçirildiyi Azuma arenasında görüblər, ancaq sonra onun izini itiriblər və yerini müəyyən edə bilməyiblər. Sonda oyunun davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, Yaponiya – Avstraliya oyunu 8:1 hesabı ilə başa çatıb.

Onu da bildirək ki, Tokio Olimpiadasının rəsmi açılış mərasimi iyulun 23-də olacaq. Tədbir avqustun 8-nə qədər davam edəcək.

[ad_2]

Source link