CƏMİYYƏT

“Əksər müəllimlərin bilik vermək bacarığı müasir tələblərə bir o qədər cavab vermir” – RƏSMİ

[ad_1]

“Aparılan təhlillərin nəticəsinə görə, müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi müşahidə olunur”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib. 

Onun sözlərinə görə, son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində tədris proqramlarında təkmilləşdirmələr aparılıb:

“Proqram dövrün tələblərinə uyğunlaşdırıldı. Mən deyə bilmərəm ki, bütün müəllimlər yeni proqramı öyrənir, lakin əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

İlhamə Əbülfət

[ad_2]

Source link