İQTİSADİYYAT

Azərbaycanın daha 34 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

[ad_1]

Azərbaycanın daha 34 müəssisəsinə Rusiyaya pomidor tədarükünə icazə verilib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, avqustun 3-dən etibarən qüvvəyə minəcək müvafiq icazə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verilib.

Bununla da, Rusiyaya pomidor tədarükünə icazə verilən Azərbaycan müəssisələrinin sayı 187-yə çatıb.

Qeyd edək ki, “Rosselxoznadzor” hələ ötən ilin dekabr ayında ölkəmizdən alma və pomidor idxalına məhdudiyyətlər tətbiq edib.

[ad_2]

Source link