İQTİSADİYYAT

Baş bankir ölkədə rəqəmsal manatın yaradılması ilə bağlı: “Biz də həmin qatara oturan banklardanıq”

[ad_1]

“Rəqəmsal valyuta infrastrukturunun yaradılması ilə bağlı digər banklar kimi Azərbaycanın Mərkəzi Bankı da aktiv olaraq təhlil və tədqiqat işləri aparır”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, bu istiqamətdə Türkiyə Mərkəzi Bankı və aidiyyəti qurumlarla birgə həftəlik əsasda müzakirələr həyata keçirilir, onların təcrübəsi öyrənilir:

“Yekun nəticədə konseptual yanaşma sənədinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir. Tədqiqat işi tamamlandıqdan sonra artıq ictimaiyyətə təqdim ediləcək”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə əlavə edib ki, rəqəmsal valyutanın yaradılması AMB-nin prioritetlərindən biridir:

“Uzun müddət monetar qurumlar buna qarşı çıxırdılar. Lakin sonradan Mərkəzi Banklar hesab etdilər ki, sürətlə irəliləyən qatarın qarşısında dayanmaqdansa, qatara oturmaq lazımdır. Biz də həmin qatara oturan banklardan biriyik. Bu gün rəqəmsal valyuta ilə bağlı suallar mövcuddur, nəinki cavablar. Bu valyutanın tətbiqinin monetar siyasəti, maliyyə sabitliyi problemlərinə necə təsir göstərəcəyi, bütövlükdə monetar arxitekturası və maliyyə sabitliyi arxitekturasını necə dəyişdirə biləcəyi ilə bağlı ciddi suallar var. Təbii ki, onun üstünlükləri də çoxdur”.

Baş bankir qeyd edib ki, bu, olduqca mühüm beynəlxalq trenddir və 21-ci əsrdə rəqəmsal iqtisadiyyatın formalaşmasının əsas elementlərini təşkil edə bilər.

Nigar Məmmədova

[ad_2]

Source link