İQTİSADİYYAT

Elman Rüstəmov regional gərginlik amilinin ölkənin investisiya reytinqinə təsirini dəyərləndirib

[ad_1]

“Azərbaycanda hazırda dayanıqlı makroiqtisadi sabitliyin formalaşdığını müşahidə edirik”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın bərpa olunması bir çox istiqamətdə ölkənin beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşayiət olunub:

“Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Azərbaycanla bağlı reytinqləri ölkədə iqtisadi artımın olduğunu dəstəkləyir. Ölkənin kredit reytinqlərinin yaxşılaşmasının şahidi oluruq. İqtisadi artımın sürətlənməsi ilə ölkənin investisiya reytinqi də bərpa olunacaq”.

Beynəlxalq təşkilatların Azərbaycanın reytinqlərini müəyyən edərkən regional gərginlik amilini də nəzərə almasını dəyərləndirən Elman Rüstəmov qeyd edib ki, 44 Vətən müharibəsinin nəticəsi kimi Qarabağın işğaldan azad olunması və Prezident İlham Əliyevin hazırda irəli sürdüyü sülh təşəbbüsləri uğurla nəticələnəcək:

“Beynəlxalq təşkilatların gərginlik kimi qeyd etdiyi amil aradan qaldırılacaq və bu Azərbaycanın investisiya reytinqlərinin də bərpa olunmasına gətirib çıxaracaq”.

Nigar Məmmədova

[ad_2]

Source link