DÜNYA

Ermənistanda siyasətçilərin təhqir edilməsinə görə cinayət məsuliyyəti tətbiq ediləcək

[ad_1]

Ermənistan parlamentinin növbədənkənar iclasında ölkənin cinayət məcəlləsinə dəyişiklik qəbul edilib.

Bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, sözügedən dəyişiklik jurnalistlərin, habelə ictimai və siyasi fəaliyyətlə məşğul olan şəxslərin təkrarən təhqir olunmasına görə 1 aydan 3 ayadək azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini nəzərdə tutur.

Belə halın ilk dəfə baş verməsi zamanı isə, qanunvericiliyə uyğun olaraq, minimum əməkhaqqının (68 min dram, 237 manat) 100 mislindən 3 min mislinədək cərimə kəsilir.

Qanunun rəsmi dərc olunandan 10 gün sonra qüvvəyə minəcəyi bildirilib.

[ad_2]

Source link