İQTİSADİYYAT

Ölkəyə ən çox gəlir gətirən dövlət şirkətlərin siyahısı açıqlandı – FOTO

[ad_1]

2021-ci ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında öz əksini tapıb.

Təqdim edilən dövlət müəssisələri bu dövr ərzində ölkəyə 414 milyon ABŞ dolları həcmində gəlir gətirib.

Siyahıya 118,3 milyon dollar ixrac həcmi ilə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyat İdarəsi başçılıq edir. Şirkətin ixrac həcmindən əldə etdiyi gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz artıb.

Daha sonra ixrac həcminə görə “SOCAR Polymer” MMC gəlir. Bu dövrdə şirkət ixrac gəlirlərindən 96,4 milyon dollar gəlir əldə edib və bu, illik müqayisədə 48,8 faiz çoxdur.

Ötən illə müqayisədə ixrac gəlirlərini artıran dövlət şirkətləri arasında “AzərGold” QSC (67,2 milyon dollar), “Azəralüminium” MMC (48,4 milyon dollar) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin (47,5 milyon dollar) də adı var.

Digər dövlət şirkətlərinin ixracdan əldə etdiyi gəlirlərlərin həcmi ilə infoqrafikadan tanış ola bilərsiniz:

[ad_2]

Source link