İDMAN

Ramin Musayev: “Yeni gələn əcnəbi futbolçular bəzən məşqçilərin adlarını bilmir” – FOTO

[ad_1]

“Deyirlər bizim çempionatımız zəifdir. Bunlar hamısı boş sözlərdir. Əgər zəif olsaydı, bu çempionatda çıxış edən “Qarabağ” hər dəfə avrokuboklarda uğurlu çıxış etməzdi”.

Oxu.Az-ın xəbərinə görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, klubların avrokubok matçları öncəsi gec transfer etməsindən şikayətlənib:

“Bəzi klublarımız gec transfer edirlər. Sonra da “transfer edə bilmədik” deyib danışırlar. Yeni gələn əcnəbi futbolçular bəzən məşqçilərin adını bilmir”.

O daha sonra çempionatın yeni əsasnaməsində dəyişikliklərin olduğunu və klub nümayəndələrinə bu dəyişikliklərə diqqətlə yanaşılmasını bildirib.

Qeyd edək ki, çempionat avqustun 14-də başlayacaq.

Səbuhi Musayev

[ad_2]

Source link