DÜNYA

Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur – RƏSMİ

[ad_1]

Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur, Rusiya vəziyyəti normallaşdırmaq üçün bütün lazımi köməyi göstərməyə hazırdır.  

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.

Rusiya xarici işlər nazirliyinin rəsmisi ortaya çıxan bütün məsələləri siyasi və diplomatik yollarla həll etməyə çağırıb.

A.Bikantov həmçinin əlavə edib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədi zonasında gərginliyin azaldılmasında və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə işlərin tezliklə işə salınmasında maraqlıdır.

[ad_2]

Source link