DÜNYA

Rusiyada polis rəisi məktəbli sevgilisini vəhşicəsinə öldürdü

[ad_1]

Rusiyanın Samara vilayətində 9-cu sinif şagirdinin meyiti tapılıb.

“Baza” “Telegram” kanalı məlumat verir ki, 16 yaşlı qızın qətlə yetirilməsində polkovnik-leytenant şübhəli bilinir.

Qeyd edilir ki, məmur məktəbli ilə sevgili olub. Onlar tez-tez rusiyalı məmurun avtomobilində görüşüblər.

Son zamanlar onların arasında gərginlik yaranıb. Yeniyətmə polkovnik-leytenantı onunla münasibətləri barədə hamıya deyəcəyi ilə hədələyib. Bu da cinayət hadisəsinin baş verməsinə səbəb olub.

Qıza 5 bıçaq zərbəsi endirilib. Şahidin sözlərinə görə, naməlum şəxs məktəblini uzun müddət torpağa sıxıb, sonra isə “Toyota” markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Məlum olub ki, belə avtomobili polis polkovnik-leytenantı, ağır və xüsusilə ağır cinayətlərin açılması şöbəsinin rəisi idarə edir.

Həmin şəxs tutulub.

[ad_2]

Source link