CƏMİYYƏT

Sumqayıtı tüstüyə boğan zibil poliqonları: Məişət tullantıları niyə yandırılır? – AÇIQLAMA

[ad_1]

Sumqayıt şəhərində yenidən zibil poliqonları yandırılır.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılır. 

Vətəndaşlar iddia edir ki, zibil poliqonlarında məişət tullantılarının yandırılması Sumqayıtda ilk belə hadisə deyil. Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib.

Onun sözlərinə görə, uzun müddətdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olduğundan yanğın baş verir:

“Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Məsələ ilə bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb və işçi qrup fəaliyyətə başlayıb. Eyni zamanda Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Bununla bağlı layihə müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir”.

Könül Cəfərli

[ad_2]

Source link