CƏMİYYƏT

Təhsildə Keyfiyyət Təminatı Agentliyi altı aylıq hesabatı təqdim edib

[ad_1]

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin yanvarından iyul ayınadək fəaliyyət istiqamətləri üzrə 6 aylıq hesabatı ictimaiyyətə təqdim edib.

Bu barədə Oxu.Az-a agentlikdən məlumat verilib.

Bildirilib ki, hesabatda I yarımil ərzində təhsil müəssisələrinin akkreditasiyası, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətlərinin təşkil edilməsi və məktəb inspeksiyası layihəsi üzrə həyata keçirilən tədbirlər və görülən işlər barədə informativ və statistik məlumatlar qeyd olunub.

Hesabatla daha ətraflı tanış olmaq üçün qeyd olunan keçiddən istifadə edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixdə imzaladığı müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib. Agentlik Azerbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.

[ad_2]

Source link