İDMAN

UEFA Superkubok matçına buraxılacaq tamaşaçı sayını açıqladı

[ad_1]

UEFA Superkuboku uğrunda “Çelsi” (İngiltərə) və “Vilyareal” (İspaniya) klubları arasında keçiriləcək matçı maksimum 13 min tamaşaçı izləyə bilər.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tribunalara buraxılacaq azarkeşlər mənfi PCR testi təqdim etməlidirlər. Matç günündə stadionda içki və qida məhsullarının satışı qadağan olunacaq.

Qeyd edək ki, Superkubok qarşılaşması avqustun 11-də Şimali İrlandiyanın Belfast şəhərinin “Uindzor Park” arenasında baş tutacaq.

[ad_2]

Source link