İQTİSADİYYAT

Büdcəyə 16,6 milyon vergi ödəyən şirkət qızıl və gümüş hasilatını artırıb – FOTO

[ad_1]

“AzerGold” 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatını 16 faiz, gümüş hasilatını isə 9 faiz artırıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib.

Bununla yanaşı, o əlavə edib ki, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon dollar (79,7 milyon manat) təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 faiz artıb. 

Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 faizi həcmində vəsait ayırılıb. Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb.

İlin birinci yarısında Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib. Belə ki, dövlət büdcəsinə 18,1 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16,6 milyon manatı vergi, 1,5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 milyon manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib.

Zakir İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması barədə müvafiq tapşırıqlarını verib.

[ad_2]

Source link