İQTİSADİYYAT

Dövlətin kirayə verdiyi evlərin sayı AÇIQLANDI

[ad_1]

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən iyul ayının sonuna qədər fond tərəfindən 3 336 borcalana 53 043 400 manat civarında ipoteka krediti verilib.

Ümumilikdə isə bu günə qədər fond 34 798 borcalana 1 863 244 947 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 915 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən iyul ayının 1-nə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 499 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 231 718 000 manat məbləğində kredit maliyyələşdirilib.

Nigar Məmmədova

[ad_2]

Source link