İDMAN

Olimpiadada məğlub olan boksçumuz: “Hakimlərin haqsızlığı oldu”

[ad_1]

“Qələbə gözləyirdim. Mənə elə gəlir ki, burada hakimlərin haqsızlığı oldu”.

Oxu.Az-ın xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 finalında məğlub olan Azərbaycan boksçusu Cavid Çələbiyev deyib.

Dünya çempionumuz ermənistanlı Ovanes Baçkovla döyüşünü şərh edərək, məğlubiyyətinə hakim haqsızlığının səbəb olduğunu bildirib:

“Birinci raundu qazanmışdım. İkinci hissəni də aktivimə yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya Oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq. Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin bir daha haqsızlığından irəli gəlir”.

[ad_2]

Source link