DÜNYA

Koronavirus peyvəndinə allergiya ehtimalı açıqlanıb

[ad_1]

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

COVID-19 peyvəndlərinə allergik reaksiyalar nadir hallarda olur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Allerqoloqlar və Klinik İmmunoloqlar Birliyinin mütəxəssisləri bildiriblər.

“Genişmiqyaslı araşdırmalara görə, allergik reaksiyaların tezliyi peyvəndin növündən asılı olaraq bir milyon dozada 0,65 ilə 1,53 arasında dəyişir” – deyə mütəxəssislərin mövqe sənədində qeyd edilib.

Bundan başqa koronavirusa qarşı mövcud peyvəndlərdə toyuq yumurtası zülalı, inək südü, jelatin, antibakterial dərmanların olmamasının allergik reaksiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığı vurğulanıb.

Bununla belə, mütəxəssislər peyvəndləri təşkil edən komponentlərə əvvəlllər ciddi allergik reaksiyası olan xəstələr üçün koronavirusa qarşı vaksin vurdurmağı tövsiyə etmirlər.

Qeyd edək ki, bundan əvvəl rusiyalı reanimotoloq həkim, professor Sergey Tsarenko alergiyası olan insanların peyvənddən əvvəl və sonra antihistamin preparatlar qəbul etməsini məsləhət görmüşdü.

[ad_2]

Source link