DÜNYA

Prezident Ərdoğan Rumen Radevlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Prezidenti Rumen Radevlə telefonla danışıb.
Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, telefon söhbəti zamanı Türkiyənin bəzi bölgələrində yanğınlarla mübarizədə əməkdaşlıq və iki ölkə arasındakı əlaqələri yaxşılaşdıracaq mövzular müzakirə edilib.
Prezident Ərdoğan Bolqarıstan Prezidenti Radevə yanğına qarşı mübarizədə həmrəyliyi və dəstəyi üçün təşəkkür edib.