DÜNYA

İranda koronavirusa rekord yoluxma qeydə alındı

[ad_1]

İranda pandemiya başlayandan ən yüksək gündəlik yoluxma qeydə alınıb.

“Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, son sutkada 50 228 yeni yoluxma müəyyən edilib.

Həmin şəxslərdən 5 163-ü xəstəxanaya yerləşdirilib.

Ötən gün ərzində 625 nəfər virus səbəbindən ölüb.

Təxminən 83 milyon əhalisi olan ölkədə ümumilikdə 20 481 265 doza peyvənd vurulub.

[ad_2]

Source link