DÜNYA

Merkel Almaniya hökuməti ilə əməkdaşlıq etmiş əfqanların sayını açıqlayıb

[ad_1]

Almaniya Kansleri Angela Merkel Əfqanıstandan 10 minə yaxın adamın təxliyəsinə ehtiyac yarana biləcəyini vurğulayıb.

“Reuters” agentliyi bu barədə Angela Merkelin rəhbəri olduğu Xristian-Demokrat İttifaqındakı mənbəyə istinadən məlumat yayıb.

Qadın siyasətçi bəyan edib ki, siyahıya Almaniya hökuməti ilə əməkdaşlıq edən 2 500 nəfər əfqan, habelə hüquqşünaslar, hüquq müdafiəçiləri və “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra risk altında düşən insanlar daxildir.

“Bu mövzu hələ uzun müddət diqqət mərkəzində olacaq”, – deyə Angela Merkel vurğulayıb.

Kansler onu da əlavə etdi ki, Almaniya qaçqınlara dəstək olmaq üçün Əfqanıstanla həmsərhəd olan ölkələrlə əməkdaşlığı genişləndirməlidir.

[ad_2]

Source link